Moskvada təhlükəsizlik qüvvələrinin nümayəndələri tikinti obyektlərində keçirdiyi reydlər zamanı 130-dan çox qanunsuz miqrantı saxlayıblar.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, saxlanılan şəxslər polis şöbəsinə aparılıb, barələrində inzibati protokollar tərtib olunacaq. Sonra qanunu pozanlar Rusiyadan çıxarılacaq.
Novomoskovsk inzibati rayonunda keçirilən reydlər 400-dən çox insanı əhatə edib. Məlum olub ki, 100 əcnəbi Rusiya Federasiyası vətəndaşı kimi pasport alıb, lakin hərbi qeydiyyatdan keçməyib. Onlar hərbi komissarlığa göndəriliblər.
Reydlərdə polis əməkdaşları, çevik polis əməkdaşları və İstintaq Komitəsinin hərbi müstəntiqləri iştirak ediblər.