Tayvanda “Kraton” qasırğası nəticəsində xəsarət alanların sayı 667 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə adanın fövqəladə hallar qərargahı məlumat yayıb.
Bildirilib ki, iki nəfər həlak olub, bir nəfər itkin düşmüş hesab olunur.
Təbii fəlakət zamanı hakimiyyət orqanları təhlükəli ərazilərdən 11 mindən çox insanı təxliyə edib.