Uqledarın itirilməsi Rusiya Silahlı Qüvvələrinə bu qış Donetskin bütün ərazisini işğal etmək imkanı açır.
"Unikal" xəbər verir ki, bu fikri Almaniya Bundesverinin ehtiyatda olan polkovniki Ralf Tile deyib.
Keçmiş polkovnikin sözlərinə görə, Uqledarın işğal edilməsindən sonra rus qoşunları Donbassda, o cümlədən Krasnoarmeysk istiqamətində də hücumlarını davam etdirir. Bu da böyük strateji əhəmiyyət kəsb edir.
“Ruslar yaxınlıqdadır və hücum mövqelərini gücləndirirlər. Pokrovsk (Krasnoarmeysk) da yəqin ki, uzun müddət saxlanıla bilməyəcək”, - hərbi ekspert bildirib.
Tilenin sözlərinə görə, hazırkı reallıqda Ukrayna Silahlı Qüvvələri uzunmüddətli müdafiəyə keçməyə məcburdurlar; Keçmiş polkovnik vurğulayıb ki, hazırkı hərbi əməliyyatlar kontekstində Ukrayna “daha şiddətli mübarizə aparmalıdır”.
Keçmiş polkovnik həmçinin qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşdən onun ən mühüm tələblərini yerinə yetirmədən qayıtdıqdan sonra Ukraynanın Donetsk bölgəsinə nəzarəti “gələn qışa kimi puça çıxa bilər”.