Las-Veqasda hava limanına enən təyyarə alovlanıb. 

"Unikal" xəbər verir ki, hadisə şahidlərinin çəkdiyi video görüntülərdə təyyarənin eniş zolağına endikdən sonra şassosundan alov və tüstü çıxdığı görünür. Bundan sonra yanğınsöndürənlər və təcili yardım maşınları sürətlə təyyarəni söndürməyə tələsib.

Bütün sərnişinlər və ekipaj təxliyə edilib. Zərərçəkənlər və hadisənin səbəbləri barədə hələlik məlumat yoxdur.