"Telegram"ın həmtəsisçisi Pavel Durov tezliklə messencerdə hədiyyələrə və heşteqlərə təsir edən 10 yeni funksiya, eləcə də mesajların redaktə edilməsi üçün yeni imkanlar yaranacağını elan edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, Durov artıq təklif etdiyi yeniləmələrin maketlərini hazırlaya bilən komandasının işə başladığını bildirib.
"Bu yeniləmələrə hədiyyələr üçün beş təkmilləşdirmə, üç heşteq, göndərildikdən sonra yazıya zəngin media əlavə etmək imkanı və postun nə vaxt redaktə edildiyinə baxmaq imkanı daxildir", - deyə o bildirib.