Almaniyanın “Nürnberq” futbol klubunun baş məşqçisi Miroslav Kloze futbolçusu Mahir Emreli haqqında danışıb.
"Unikal" "Bild"ə istinadən xəbər verir ki, mütəxəssis 27 yaşlı forvardın komandanın digər hücumçusu Stefanos Tzimasla qarşılıqlı anlaşmasından söz açıb. O, "Preussen Munster"lə oyunu (3:2) dəyərləndirərkən, Emrelinin Tsimasla əlaqələrinin getdikcə yaxşılaşdığını söyləyib:
“Komanda topa sahib olanda daha çox variant ortaya çıxır. Ancaq möhkəm müdafiə ilə oyunçular daha çox irəli atılmalı və yeni qollar axtarmalıdırlar.
Emreli ilə Tsimas arasındakı anlaşma getdikcə yaxşılaşır. Amma hələ də məşqdə bəzi şeylər üzərində işləməliyik, lakin beynəlxalq fasiləyə görə belə imkanımız yoxdur. Lakin futbolçularımız beynəlxalq vəzifədən qayıdanda çox şey edə bilərik”.