İranın hücumundan sonra ilk dəfə ABŞ Prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, Ağ evin məlumatına görə, 30 dəqiqə davam edən zəngə vitse-prezident Kamala Harris də qoşulub.
Ağ evin mətbuat katibi Karine Jan-Pyer bildirib ki, məhsuldar danışıq zamanı tərəflər İsrailin İrana necə cavab verəcəyinə dair məsələlər də daxil olmaqla, bir çox mövzuları müzakirə ediblər.
Benyamin Netanyahunun ofisi Baş nazirin bu yaxınlarda ABŞ-ın keçmiş prezident, prezidentliyə namizəd Donald Trampla da danışdığını təsdiqləyib. Məlumata əsasən, Tramp onu İsrailin “Hizbullah”a qarşı həyata keçirdiyi əməliyyatlara görə təbrik edib.