İsrail aviasiyası "Hizbullah" təşkilatının silahlı birləşmələrinin üzvünü məhv etmək məqsədilə Suriya ərazisinə zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl İsrail Hərbi Hava Qüvvələri Kuneytra şəhəri ərazisində hücuma keçirib və Azam Cahutu məhv edib. Hərbçilərin sözlərinə görə, o, "Hizbullah"ın Suriyadakı bazası olan Qolan təpələrində yerli “terror şəbəkəsi”nin tərkibində fəaliyyət göstərib.
İsrail ordusunun məlumatına görə, Cahut Qolan təpələrində İsrailə qarşı əməliyyatı asanlaşdırmaq üçün Suriyada toplanmış kəşfiyyat məlumatlarını ötürüb.