Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreyalı yazıçı Han Kanqa verilib.
"Unikal" xəbər verir ki, bu barədə Nobel Mükafatının rəsmi saytında məlumat dərc olunub.
Han Kanqın bu mükafata tarixi sarsıntılarla üzləşən və insan həyatının kövrəkliyini göstərən təsirli poetik nəsri üçün layiq görüldüyü deyilir.
Han Kanq "Vegetarian" romanına görə ingilis ədəbiyyatının ən nüfuzlu mükafatlarından biri olan Buker mükafatının 2016-cı il qalibidir. Bu, onun ingilis dilinə tərcümə edilən ilk kitablarından biridir.
Ağarza Elçinoğlu