Almaniya kansleri Olaf Şolts gələn həftənin sonunda Türkiyəyə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Büxner mətbuat konfransında bildirib.
Kansler oktyabrın 19-da İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq: "Gələn həftənin sonunda kansler Türkiyəyə yola düşəcək, şənbə günü, oktyabrın 19-da isə İstanbulda prezident Ərdoğanla görüşəcək".
O əlavə edib ki, danışıqlardan sonra birgə mətbuat konfransı planlaşdırılıb.
Ağarza Elçinoğlu