Zərifə Əliyeva küçəsində hərəkət zolaqları yenilənir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumatda deyilir.
Bildirilib ki, hərəkət zolaqları xüsusi avadanlıqla silinərək, yenidən təşkil edilir. Köhnə boyaların yeni avadanlıqla sürətli və effektiv şəkildə silinməsi əlavə xərclərə yol verilmədən işi daha səmərəli təşkil etməyə imkan yaradır.
Küçədə zolaqların yeni standartlara uyğunlaşdırılır, yeni avtobus zolağı təşkil edilir.
Bu dəyişikliklər ictimai nəqliyyata əlçatanlığı ciddi şəkildə artıracaq və orta sürət göstəricilərini yüksəldəcək.