Sərnişinlərin bir-birinə tüpürməsi səbəbindən Edinburqdan Türkiyənin Dalaman şəhərinə uçan "Jet2" təyyarəsi məcburi eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə Edinburq hava limanı məlumat yayıb.
Bildirilib ki, pilotlar bir-birinə tüpürən və əlbəyaxa davaya başlayan “sərnişinlərin dağıdıcı davranışı səbəbindən” Kölndə təcili eniş ediblər.
Nəticədə onlar dörd polis əməkdaşının müşayiəti ilə təyyarədən endirilib. Həbs zamanı sərnişinlərdən biri “səhv heç nə etmədiyini” bildirib və hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlindən qaçmağa çalışıb.
Təyyarənin Almaniya hava limanında məcburi enişi 20 min funt-sterlinqə başa gəlib. Təyyarədə baş verən insident nəticəsində Dalamandan Edinburqa qayıdan təyyarədə olan sərnişinlər də xəsarət alıb. Uzun gecikmə fonunda aviaşirkət müştərilərini mehmanxanalarda yerləşdirmək və şirniyyatlar təqdim etmək məcburiyyətində qalıb.