İranda 48 nəfər metil spirti olan saxta içkidən zəhərlənərək ölüb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Mazandaran, Gilan, Həmədan və Zəncan əyalətlərində yüzlərlə insan ağır zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Mazandaranda 21, Gilanda 15, Həmədanda 11 və Zəncanda bir nəfər ölüb. Zərərçəkənlərdən bəziləri görmə qabiliyyətini itirib.
Yerli hakimiyyət orqanları saxta içki istehsalı və satışı ilə məşğul olan bir neçə nəfəri saxlayıb.