UEFA Millətlər Liqasında 4-cü turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, Azərbaycan millisi də bu gün növbəti matçına çıxacaq.

Fernandu Santuşun rəhbərlik etdiyi komanda Bakıda Slovakiya ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Komandalar arasında sentyabrda Slovakiyada keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bundan başqa, millimiz qrupda İsveçə (1:3) və Estoniyaya da (1:3) uduzub. 

Qrupun digər oyununda isə Estoniya İsveçi qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

14 oktyabr

UEFA Millətlər Liqası
4-cü tur, C Liqası, I Qrup

20:00. Azərbaycan - Slovakiya

Baş hakim: Rosit Saqqi (Norveç)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

22:45. Estoniya - İsveç