“3+3” formatında görüş Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müqəddimə ola bilər.
"Unikal" xəbər verir ki, bu fikri türkoloq Mher Abramyan "Sputnik Ermənistan"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, “3+3” platformasında sülh müqaviləsi layihəsinin hələ razılaşdırılmamış məqamları müzakirə oluna bilər ki, bu da yekun sənədin imzalanmasını yaxınlaşdıracaq.
“Türkiyə və Azərbaycan çox güman ki, birgə hərəkət edəcək və erməni maraqlarını irəli sürməyə o qədər də meylli olmayan Ermənistan rəhbərliyi və Xarici İşlər Nazirliyi müəyyən razılığa gələ bilər”, – türkoloq deyib.
Ermənistan-Azərbaycan sülh müqaviləsinin perspektivlərindən danışan Abrahamyan qeyd edib ki, "əgər əvvəllər Azərbaycan bu məsələdə tələsirdisə, indi Ermənistan rəsmi Bakının təkid etdiyi bütün şərtləri və məqamları qəbul etməyə hazır kimi görünür. Bu, ilk növbədə Azərbaycana, sonra isə Ankaranın Cənubi Qafqazda mövqelərini daha da gücləndirəcək məqamları irəli sürməyə çalışan Türkiyəyə sərfəlidir".