İran şahının varisi şahzadə Rza Pəhləvi diplomatiya və İslam Respublikası ilə danışıqları uğursuz hesab edib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Fox News"a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, müharibə də həll yolu deyil, üçüncü yol tapılmalıdır, yəni İran xalqının səlahiyyətləri seçilməlidir: "Mən həmişə demişəm ki, İran xalqına bu rejimdən qurtulmaq üçün kömək etməyin ən yaxşı yolu onları dəstəkləmək və onlara səlahiyyət verməkdir. Biz gördük ki, diplomatiya iflasa uğrayıb və müharibə həll yolu deyil. Yalnız üçüncü yol qalır, o da bu rejimlə danışıqlara vaxt itirməkdənsə, son dörd onillikdə ilk dəfə İran xalqına sərmayə qoymaqdır. Ona görə də İran xalqına kömək etməyin ən yaxşı yolu onları gücləndirməkdir".
Ağarza Elçinoğlu