Ucarda dindarlar həbs olundu
02:34 12-04-2012
CƏMİYYƏT
Ucarda dindarlar həbs olundu
İsrafil Məmmədov və Pünhan Kərimovun
saxlanılmasına səbəb onların saqqallı olmalarıdır
Dünən günorta saatlarında Ucar şəhər sakinləri Məmmədov İsrafil və Kərimov Pünhan həbs olunublar. Bu barədə həbs edilənlərin qohumları bildirib. Onların sözlərinə görə, həbs olunan İsrafil Məmmədov Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saqqallı olduğu əsas gətirilərək polis şöbəsinə aparılıb, sonradan heç bir əsas gətirilmədən həbs olunub.
Həbsin səbəbini öyrənmək üçün Rayon Polis Şöbəsinə gələn digər dindar Kərimov Pünhan da polis tərəfindən saxlanılıb.
Əldə etdiyimiz məlumata görə, əslində İsrafil Məmmədovun həbs olunması təsadüfi deyil. Belə ki, təxminən 20 gün əvvəl Ucar şəhəri dindarları, o cümlədən İsrafil Məmmədovun təşkilatçılığı ilə rayon mərkəzində məşhur dini mərasimlərdən olan "Əqiq Gecəsi" baş tutub. Bu mərasimdə Qamət Süleymanov və digər tanınmış dini icma üzvləri də iştirak ediblər. Dini ayin həyata keçirilərkən Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyev bir neçə nəfər polis əməkdaşı ilə mərasimi pozmağa çalışsa da, sonradan məclisi tərk edib.
Məsələni dəqiqləşdirmək üçün Qamət Süleymanla əlaqə saxladıq. O, bildirdi ki, bir neçə gün əvvəl Ucarda toy məclisində iştirak edib və orada polis əməkdaşlarından bir neçəsi müşahidə etmək üçün gəlsələr də heç bir problem yaşanmayıb. Onun sözlərinə görə, həbs olunanlarla bağlı heç bir məlumatı yoxdur.
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00