İsrail ordusu Qəzzada keçirilən əməliyyatda HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Sinvara aid olduğu deyilən meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi tamamlanaraq təsdiqlənib.
Bunun fonunda İsrail ordusu təəccüblü əməliyyat görüntüsünü paylaşıb. Təqdim olunan görüntülərdə dağıdılmış evin ikinci mərtəbəsində bir meyit əks olunub. Meyitin HƏMAS liderinə məxsus olduğu iddia olunub. Bildirilir ki, partlayışdan sonra Sinvar yaralı halda stulların arasında gizlənməyə çalışıb.
İsrail ordusu tərəfindən yayımlanan kadrlar böyük əks-səda doğurub.
Gülayə Mecid