BƏƏ prezidenti Rusiyaya rəsmi səfər edəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, oktyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Məhəmməd bin Zayed Əl Nəhyanı qəbul edəcək.
BƏƏ prezidentinin Kazanda keçiriləcək BRİKS sammitinin tədbirlərində iştirak edəcəyi bildirilib.
Vladimir Putinlə danışıqlarda çoxşaxəli Rusiya-BƏƏ əməkdaşlığının vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən Yaxın Şərq və Şimali Afrika regionunda vəziyyətin müzakirə olunacağı qeyd olunub.
Zərifə Nağıyeva