Gürcüstan hökumətinə maliyyə dəstəyinin dayandırılması ilə bağlı qərar artıq qəbul edilib.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski açıqlayıb.
Səfir qeyd edib ki, hökumət öz siyasi xəttini dəyişməsə, Gürcüstan daha çox itirəcək: "Gürcüstan Aİ yardımından 121 milyon dollar itirdi. Hökumət kursu dəyişməsə, Gürcüstan daha çox itirəcək. Əgər siz gürcülər, öz səslərinizlə Aİ-yə üzvlük yolunu davam etdirməməyə qərar versəniz, Gürcüstan Aİ-yə üzvlükdən əvvəlki dövr üçün nəzərdə tutulan tam maliyyə dəstəyini də itirəcək. Belə olan halda Gürcüstan Aİ-nin yeni üzvlərinin, xüsusən də iqtisadi inkişafı aşağı olan ölkələrin aldığı bütün pulları itirəcək".
Qerçinskinin fikrincə, Aİ-yə üzvlük sülhün, sabitliyin, inkişafın və rifahın təminatıdır, lakin seçim xalqındır: "Ölkənizin gələcəyinə özünüz qərar verəcəksiniz".
Qeyd edək ki, parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
Ağarza Elçinoğlu