Artıq Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələblərin birgə qiymətləndirilməsi barədə razılığa gəliblər.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan “3+3” platformasının üçüncü iclası zamanı deyib.
"Bu, Ermənistan və Türkiyə arasında birbaşa uçuşların yaradılması və hava yüklərinin daşınmasına qoyulan qadağaların qarşılıqlı olaraq aradan qaldırılması ilə bağlı artıq icra olunmuş qərarları tamamlayır.
“Ermənistan artıq Marqara keçid məntəqəsinin tikintisini və yenidən texniki təchizatla təmin olunmasını başa çatdırıb", - deyə nazir bildirib.
Ağarza Elçinoğlu