Fələstinin HƏMAS qruplaşması Yəhya Sinvarın İsrailin zərbəsi nəticəsində öldüyünü təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Televiziya ilə çıxış edən HƏMAS-ın yüksək rütbəli rəsmisi Xəlil Hayya deyib ki, Sinvar öz həyatını Fələstinin azadlığı uğrunda fəda edib: "O, ölümlə cəsarətlə ayaq üstə, başı dik, silah tutaraq, son nəfəsinə qədər, ömrünün son anına kimi atəş açıb. Sinvar bütün ömrünü müqəddəs bir döyüşçü kimi yaşadı. O, ilk illərdən müqavimət döyüşçüsü kimi mübarizəyə qatılıb".
Hayya bildirib ki, Qəzza zolağında saxlanılan israilli məhbuslar İsrail Qəzzaya hücumlarını dayandırmayana və qüvvələrini mühasirəyə alınmış anklavdan çıxarmayana qədər geri qayıtmayacaqlar.
Ağarza Elçinoğlu