Pentaqonun Yer planetinə yadplanetlilərin səfərləri ilə bağlı heç bir sübutu yoxdur.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika Hərbi Departamentinin general-mayoru Pet Rayder bildirib.
"Həqiqət ortadadır və bizdə bu planeti ziyarət edən yad həyat formalarına dair heç bir dəlil yoxdur", - deyə general bildirib.
Sentyabrın 16-da Britaniyanın "Daily Mail" nəşri ABŞ Konqresində UFO məsələsi ilə bağlı ictimai dinləmələrin keçirilməli olduğunu yazıb. Qəzet dinləmələrin ABŞ hərbçilərindən birinin UFO-larla bağlı iddiaları, həmçinin keçmiş Pentaqon rəsmisi Luis Elizondonun hərbçinin bədənindən “yadplanetli implant”ın çıxarılması ilə bağlı açıqlamalara görə keçiriləcəyini yazmışdı.