Oktyabrın 18-də Belarus prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrinin nümayəndələri ilə danışıqlar aparıb.
"Unikal" xəbər verir ki, o, bu barədə ölkənin Birinci İnformasiya Kanalının efirində bildirib.
“Dünən belə qeyri-ictimai bir gün keçirdim, amma çox çətin idi. Qərb dövlətlərinin nümayəndələri ilə çox mürəkkəb, çətin, lakin maraqlı danışıqlar apardım. Onlarla söhbət edərkən onların bizi necə yaxından izlədiklərini anladım. Necə də diqqətlə axtarırlar, səhvlərimizi, uğurlarımızı öyrənirlər”, - deyə o vurğulayıb.
Dövlət başçısı vurğulayıb ki, media danışıqlarda olmayanda Qərb nümayəndələri açıq və dürüst danışırlar.
Onun sözlərinə görə, “ən zəngin ölkələrin” nümayəndələri Belarus xalqına həsəd aparırlar.