"Ermənistan Milli Birliyi" partiyasının 8 üzvü həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, gecə saatlarında partiyaya məxsus avtomobilin qarşısı kəsilib və mülki geyimli şəxslər partiya mənsublarını ələ keçirib. Saxlanılanlar arasında partiyanın vitse-prezidenti Ararat Avetisyan, idarə heyətinin üzvləri - Hayk Stepanyan və Armine Simonyan, həmçinin partiyanın gənclər birliyinin digər üzvləri İrəvandakı polis idarəsinə aparılıblar.
Partiyanın bəyanatında deyilir ki, heç bir partiya üzvünə vəkil və ya qohumu ilə əlaqə saxlamaq imkanı verilməyib.
Ağarza Elçinoğlu