Xaçmaz rayonunda çaydan kişi meyiti tapılıb. 

"Unikal"ın Şimal bürosunun  məlumatına görə, rayonun İstisu qəsəbə sakini 1954-cü il təvəllüdlü Mehdixanov Əlixan Vəlixan oğlunun cəsədi qəsəbə ərazisindən keçən çaydan tapılıb.

Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi və üç gün əvvəl evdən çıxaraq birdaha geri qayıtmadığı bildirilir.

Ə. Mehdixanovun meyiti çaydan çıxarılıb və tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca