İslam Respublikası Netanyahuya sui-qəsd etməklə böyük səhv etdi.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Parlamentinin (Knesset) sədri Əmir Ohana deyib.
O, Netanyahunun şəxsi iqamətgahına pilotsuz təyyarənin hücumuna cavab olaraq deyib: 2İsrail demokratik və müstəqil bir ölkədir və onun baş naziri hazırda hədəfdədir. İran öz müvəkkili "Hizbullah" vasitəsilə bu gün böyük bir səhv etdi.
Onlar bunun cavabını aldıqdan sonra, dron bir yana qalsın, kağız təyyarə uçurtmağı öyrəndiklərinə belə peşman olacaqlar".
Ağarza Elçinoğlu