Tacikistan müdafiə nazirinin müavini general-mayor Abdullozoda Saidasror Səidin rəhbərliyi ilə Mərkəzi Asiyanın kollektiv çevik dislokasiya qüvvələri ilə birgə “Harbmaydon” poliqonunda “Rubej-2024” hərbi təliminin aktiv mərhələsi davam edir.
"Unikal" xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbi təlimlərdə KTMT-yə üzv ölkələrin ərazisinə basqın etmiş qanunsuz silahlı birləşmələrin məhv edilməsi üzrə hərbi əməliyyatların hazırlanması və keçirilməsi məsələləri üzərində iş aparılır.
“Harbmaydon” poliqonunda keçirilən “Rubej-2024” birgə təlimlərində Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın hərbi qrupları, müştərək qərargahın əməliyyat qrupları və KTMT Katibliyi iştirak edir. Rusiya kontingentinin əsas hissəsini 201-ci hərbi bazanın Mərkəzi Hərbi Dairəsinin əsgərləri təşkil edir. Təlimlərdə iştirak edənlərin ümumi sayı təxminən 1500 nəfər və 250 ədəd hərbi və xüsusi texnika, həmçinin təyyarə, helikopter və pilotsuz uçuş aparatlarıdır.
Ermənistan bu təlimlərə də qatılmayıb.
Ağarza Elçinoğlu