"İkinci Qarabağ müharibəsi başlayanda, dünya o müharibəyə bizim istədiyimiz şəkildə cavab vermədiyi üçün çox üzüldük".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan "Azatutyun" radiosuna verdiyi müsahibədə deyib.
Erməni spiker bunu legitimliyin olmaması ilə əlaqələndirib: "Qarabağa hücum etmək və Ermənistandan torpaqları işğal etmək hüquq baxımından başqa şeylərdir. Azərbaycan Qarabağdakı əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirdi".
Ağarza Elçinoğlu