Türkiyənin xarici işlər naziri Hakan Fidan FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölümünü təsdiqləyib.

"Unikal" xəbər verir ki, o, bu barədə ukraynalı həmkarı Andriy Sibiha ilə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, kəşfiyyat məlumatları Fətullah Gülənin öldüyünü təsdiqləyir.

***09:16

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin xəstəxanada dünyasını dəyişdiyi bildirilib

"Unikal" xəbər verir ki, Gülənin ölüm xəbərini ona yaxın olan "Herkul" saytı yayıb.

"Herkul" saytının sosial media hesabından edilən açıqlamada, “Dəfn prosedurları ilə bağlı ətraflı məlumat ictimaiyyətlə paylaşılacaq”, -  sözləri yer alıb. 

Gülayə Mecid