Rusiya ilə Qərb arasındakı qarşıdurmada “hibrid müharibə” elementləri var, lakin getdikcə birbaşa müharibəyə çevrilir.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, ABŞ Avropanı birləşdirir ki, Rusiya ilə müharibənin bütün yükünü öz üzərinə götürsün: "Görünür, Hitler Avropanın əksər hissəsini, o cümlədən fransızları, ispanları və skandinaviyalıları nasist bayrağı altında topladığı kimi, ABŞ da indi Rusiya ilə müharibənin ağır yükünü daşımaq üçün Avropanı birləşdirir. Hazırda hibrid müharibənin elementləri ilə gedir, lakin getdikcə bizə qarşı real, birbaşa müharibəyə çevrilir. Və yenə nasist bayrağı altında".
Ağarza Elçinoğlu