“Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində Nərimanov rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsi məqsədilə təşkil olunan aksiyada Nərimanov Rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin, həmçinin müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluq göstərilib.