Rusiya aviaşirkətinin təyyarəsi Moskva hava limanında başqa bir təyyarə ilə toqquşub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"Oktyabrın 20-də Şeremetyevoda fövqəladə vəziyyət yaranıb. Eniş etdikdən sonra zolaqdan gələn Airbus A320 təyyrərsi uçuş zolağına girməyə çalışan Boeing 737 təyyarəsinin qanadına toxunub.
Qeyd olunur ki, birinci təyyarənin göyərtəsində 103 sərnişin və 6 ekipaj üzvü, Kazandan uçan ikinci təyyarədə isə 162 sərnişin və aviaşirkətin 6 əməkdaşı olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. “Airbus A320” təyyarəsinin vəziyyətinin texniki qiymətləndirilməsi üçün uçuşlar dayandırılıb.
Ağarza Elçinoğlu