Ermənistan və Azərbaycanın sərhəd demarkasiyası komissiyalarının reqlamentinin ratifikasiyası prosesi sinxron şəkildə gedir.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.
"Mən Azərbaycanda prosesin hansı mərhələdə olduğunu bilmirəm, amma imzalanmanın məntiqi ondan xəbər verir ki, bu, sinxron olmalıdır", - o deyib.
Baş nazirin müavini nəqliyyat yollarının açılması məsələsi ilə bağlı üçtərəfli komissiyanın iclaslarının davam etmədiyinə toxunub: "Elə fundamental məsələlər var ki, onların üzərində konsensus olmalıdır. Konsensus əldə olunmayana qədər detalların müzakirəsini davam etdirməyin mənası yoxdur".
Ağarza Elçinoğlu