"Troyka Dialoq" investisiya şirkətinin təsisçisi, hazırda Bakıda həbsdə olan erməni milyarder Ruben Vardanyanın artıq "Avtoinvest" MMC-də payı yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, "Avtoinvest" MMC Rusiyanın yük avtomobilləri istehsalçısı “Kamaz”ın əsas səhmdarıdır.
2024-cü il oktyabrın 17-dək Ruben Vardanyan "Autoinvest" şirkətinin 15%-nə sahib olub. Həmin gündən Dmitri Artyakov eyni payı idarə etməyə başlayıb. Nikolay Timoxin "Autoinvest"də 50%, "Kamaz"ın baş direktoru Koqoqinin isə 35% payı var.
Ağarza Elçinoğlu