3 gündür qaranlığa qərq olan Kubada prezident Migel Diaz-Kanel hərbi formada Kuba xalqına müraciət edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, prezident vətəndaşlarına müraciətində elektrik enerjisinin kəsilməsi ilə bağlı tənqidləri “intizam və nəzakətlə” anlamalırını xahiş edib.
Kubalıların əksəriyyəti yaşayış məntəqələrində və elektrik enerjisinin kəsilməsi səbəbindən generator işlədən müəssisələrdə elanı izləyə bilib.
Kubanın hərbi polisinin küçələrə yerləşdirildiyi bildirilib. Bəzi kubalılar qazan və qaşıqları bir-birinə vuraraq elektrik enerjisinin kəsilməsinə etiraz ediblər. Adanın yüzdə 80-də elektrik enerjisinin kəsildiyi Kubada insanlar; Su, yemək, xəstəxanaların fəaliyyətindən şikayətlənir. Kubanın energetika və mədənlər naziri Visente de la O Levi Kuba xalqının çətinliklərini anladığını, lakin xalqın hökuməti dəstəkləməyə davam edəcəyini bildirib.
Gülayə Mecid