Kreml rəsmisi Dmitri Peskov ABŞ-nin keçmiş prezidenti və qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasından namizəd Donald Trampın Rusiya prezidenti Vladimir Putini “Ukraynaya qarşı təqiblər” vəziyyətində Moskvaya zərbə endirməklə hədələmələri barədə sözlərini şərh edib.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, Moskva ən yüksək səviyyədə danışıqların məzmununu ictimailəşdirmək üçün çox məsuliyyətlidir, lakin bəzi dünya liderləri bu mövqeyə əməl etmir və informasiya gigiyenasına riayət etmirlər.
"Hazırda ABŞ-də seçki kampaniyasının bir hissəsi, xüsusən də onun son mərhələsində çoxlu qızğın bəyanatlar səslənir. Biz sadəcə bunu deyə bilərik”, - Kreml nümayəndəsi izah edib.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini Rusiyanın “Ukraynanı təqib edəcəyi təqdirdə” Moskvanı vuracağı ilə hədələdiyini bildirib.
Gülayə Mecid