Ermənistan və Azərbaycanın sərhəd demarkasiyası komissiyaları qaydanın razılaşdırılması və əsasnamənin təsdiqindən sonra sərhədin bütün hissələrinin, o cümlədən anklav və eksklavların demarkasiyası prosesinin davam etdirilməsi barədə razılığa gəliblər.
"Unikal" xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.
Onun sözlərinə görə, komissiyaların fəaliyyətinin hüquqi əsasları əsasnamə ilə tamamlanır: "Ermənistan və Azərbaycan arasında dövlət sərhədi haqqında sonradan imzalanacaq sazişlə bağlı prosessual məsələlər də həll olunur ki, bu sazişdə Ermənistan dövlət sərhədinin beynəlxalq hüquqi əsaslarının yaradılması və ərazi təhlükəsizliyinin təmin edilməsinin hüquqi təminatıdır.
Əsasnamədən belə çıxır ki, gələcəkdə iki ölkə arasında dövlət sərhədi ilə bağlı beynəlxalq müqavilə imzalanacaq, o, ölkədaxili prosedurlardan keçəcək, bundan sonra sərhəd keçidinin təsviri qüvvəyə minəcək".
Ağarza Elçinoğlu