Ermənistan və Azərbaycan sərhədin hansı hissəsinin daha sonra demarkasiya olacağını hələ müzakirə etməyiblər.
"Unikal" xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.
O, parlamentin xarici əlaqələr daimi komissiyasının "Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında" əsasnamənin təsdiq edilməsi məsələsinin müzakirəsi zamanı deyib: "Növbəti hissənin seçilməsi prinsipi ilə bağlı heç bir müzakirə aparılmayıb. Bundan əlavə, seqmentlərin necə təyin olunduğuna dair heç bir prinsip seçilməmişdir. Bir şey aydındır ki, bu konsensusla olmalıdır. Tərəflərdən heç biri gəlib deməyəcək ki, Tavuşdan fərqli olaraq, bu hissədə davam edək. Əslində ən mürəkkəbi Tavuş bölməsi idi. Nəhayət, uzun müzakirələrdən sonra prosesin ən mürəkkəb hissəsindən başlamaq üçün konsensus əldə olundu".
Ağarza Elçinoğlu