Vyetnam Milli Assambleyası oktyabrın 21-də Luonq Kuonqun ölkə prezidenti vəzifəsinə namizədliyini təsdiqləmək üçün səs verib.
"Unikal" xəbər verir ki, bu barədə Vyetnam mətbuatı məlumat yayıb.
Vyetnamın yeni prezidenti Luonq Kuonq artıq dövlətin, partiyanın və xalqın qarşıya qoyduğu vəzifələri yerinə yetirəcəyinə söz verərək and içib.
Siyasətçi emosiyalara qapıldığını və çiyinlərinə düşən inanılmaz məsuliyyəti dərk etdiyini bildirib.
Luonq Kuonq 1957-ci ildə anadan olub və 1975-ci ildə hərbi karyerasına başlayıb. Siyasətçi əyalətlərdən birinin komandanlığında müxtəlif vəzifələrdə çalışıb, eyni zamanda Vyetnam Xalq Ordusunun baş siyasi idarəsində, sonra ordu korpusunda və hərbi dairədə siyasi təlimatçı vəzifəsində çalışıb.