İsrail polisi pul qarşılığında İsraildə mühüm təhlükəsizlik obyektləri və strateji hədəflər haqqında məlumat toplayan yeddi vətəndaşı saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, israillilər İran kəşfiyyatı tərəfindən işə cəlb edilib: "Baş Təhlükəsizlik Xidməti (Şin Bet), İsrail polisinin "Lahav 433" mütəşəkkil cinayətkar dəstəsi və AMAN-ın informasiya təhlükəsizliyi departamentinin birgə əməliyyatı zamanı İran agentləri tərəfindən işə götürülən və onlar üçün müxtəlif vəzifələr icra edilən yeddi İsrail vətəndaşı həbs edilib".
Məlumata görə, saxlanılanlar arasında iki azyaşlı var. Qeyd olunur ki, onlar İsrail Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bazaları, limanları, Dəmir Günbəz sistemlərinin yerləşdiyi yerlər və müxtəlif şəhərlərdə İsrailin enerji infrastrukturu haqqında məlumat toplamaqda şübhəli bilinirlər.
Ağarza Elçinoğlu