Ukrayna prezidenti Vladimir Zelenski Kursk vilayətində bufer zonasının yaradılmasını elan edib.
"Unikal" xəbər verir ki, müvafiq yazı Ukrayna liderinin "Telegram" kanalında yerləşdirilib.
"Rusların Ukrayna ərazisində nəzərdə tutduğu bufer zonası əvəzinə biz Rusiya ərazisindəki sərhədimizdə bufer zonası yaratdıq”, - deyə Zelenski Rusiya regionuna hücumla bağlı bildirib.
O əlavə edib ki, Ukrayna qoşunları işğal olunmuş ərazilərdə mövqelərini saxlamaqda davam edir.
Lakin bu gün Rusiya mətbuatı Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin işğal etdiyi 4 məntəqənin Rusiya ordusu tərəfindən ger alındığını yazmışdı.