ABŞ-nin Texas ştatının Hyuston şəhərində Robinson R44 tipli özəl tur helikopteri radio qülləsinə çırpılıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qəza nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, radio qülləsi isə çöküb. Helikopterin qəzaya uğramasından sonra başlayan yanğını söndürmək üçün əraziyə yanğınsöndürənlər göndərilib. 

Ağarza Elçinoğlu