Böyük Britaniya vətəndaşı, jurnalist Qrem Fillips Rusiya Federasiyasından müvəqqəti sığınacaq alıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib. O bildirib ki, Qremə artıq müvəqqəti sığınacaq haqqında şəhadətnamə təqdim olunub.
2022-ci ilin iyulunda Fillips Ukraynadakı vəziyyətlə əlaqədar Böyük Britaniyanın sanksiyalarına məruz qalan şəxslərin siyahısına daxil edilib. Siyahıda Fillips “Ukraynada sabitliyi pozan, Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid edən və ya pozan hərəkətləri və siyasəti dəstəkləyən və təbliğ edən media məzmunu yaradan və dərc edən videobloqer” kimi göstərilir.