Oktyabrın 22-də Avropa Parlamentinin üzvləri Azərbaycanla Ermənistan arasındakı münasibətləri müzakirə edəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki,oktyabrın 24-də isə qətnamənin lehinə səs verəcəklər.
Həmçinin Azərbaycanda siyasi vəziyyəti və insan haqları da müzakirəyə çıxarılacaq: "Müzakirə və qətnamədə Azərbaycanla qonşu Ermənistan arasındakı münasibətlər də diqqət mərkəzində olacaq. Ermənistan prezidenti Vaaqn Xaçatryanın son bəyanatına görə, gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Konfransı (COP 29) başlamazdan əvvəl iki ölkə arasında sülh razılaşması əldə oluna bilər".
Ağarza Elçinoğlu