"Qərb rəsmisi daha əvvəl Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili ilə söhbətində Tbilisiyə Rusiya ilə “üç-dörd gün” hərbi əməliyyatlar keçirməyi təklif etmişdi".
"Unikal" xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili “İmedi” telekanalına açıqlamasında bildirib.
Müsahibə zamanı İvanişvili adı açıqlanmayan Qərb rəsmisi ilə Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin söhbətini xatırladıb.
"Sizcə, biz neçə gün Rusiya ilə döyüşə bilərik? Bu döyüş neçə gün davam edə bilər? Qaribaşvili soruşub. Qərb rəsmisi isə üç-dörd gün dedi. Qaribaşvili də "Bəs, bu üç-dörd günün xatirinə bizi məhv edirsiniz?", - İvanişvili ifadə edib.
Gülayə Mecid