"Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan "Hayastan" fraksiyasının deputatı Qeqam Manukyanın sualını cavablandırarkən bildirib.
O, qeyd edib ki, əvvəlki hakimiyyət də "Artsax"ı müstəqil dövlət kimi tanımayıb: "Siz Artsax Respublikasını (Qarabağda ləğv edilmiş separatçı rejim - red.) müstəqil dövlət kimi tanımayanda və onu Azərbaycanın bir hissəsi kimi tərk edəndə, partiyanızda inzibati ərazi bölgüsü haqqında qanunu müzakirə edib qəbul edəndə və bunun Azərbaycan olduğunu bəyan edəndə, siz nə edirdiniz? Söhbət qanuni hüquqdan gedir və mənim dediklərimdə yeni heç nə yoxdur.
Fakt olaraq qalır ki, haqqında danışdığımız ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir".
Ağarza Elçinoğlu