Qonşu ölkələr Tehranı əmin edib ki, onlar öz ərazilərindən İsrailin İrana hücum etmək üçün istifadə etməsinə icazə verməyəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Bütün qonşularımız bizi əmin ediblər ki, onlar bizə öz ərazilərindən, o cümlədən hava məkanından İran İslam Respublikasına qarşı istifadə etməyə icazə verməyəcəklər", - deyə Əraqçi bildirib.
Ağarza Elçinoğlu