"İndiyə kimi belə bir qayda saxlanılırdı ki, biz bu və ya digər bölməni müzakirə etməmişiksə və bu barədə tərəflərin mövqeyini dərc etməmişiksə, heç bir şərh verməmək barədə ikitərəfli razılaşmamız var".
"Unikal" xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentdə çıxışında deyib.
O, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası komissiyalarının reqlamentinin ratifikasiyası məsələsinin müzakirəsi zamanı bildirib: "Bizim birlikdə müzakirə etmək imkanımız olacaq, lakin biz razılaşdıq ki, ictimai çıxışlarda, press-relizlərdə, demarkasiyanın təfərrüatları məhdud olacaq. Siz də bunun necə həssas bir proses olduğunu bilirsiniz".
Ağarza Elçinoğlu