"Əgər məlum olsa ki, Azərbaycan demarkasiya komissiyalarının reqlamentini ratifikasiya etmir, o prosesi həyata keçirmir, bizim etdiyimiz proses heç bir hüquqi qüvvə əldə etməyəcək".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
"Son nəticədə biz bütün məqamlarda razılığa gəldik, oturub hansısa sənədi ratifikasiya etmək qərarına gəlmək, Konstitusiyaya uyğun olub-olmadığını görüb parlamentə çıxarmaq deyil. Başqa sözlə, biz onlarla müzakirə etdik ki, hüquqi nöqteyi-nəzərdən onun heç bir riski yoxdur, çünki biz mübadilə edənə qədər o, hüquqi qüvvəyə malik deyil", - Simonyan bildirib.
Spiker Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisində olub-olmaması ilə bağlı suala belə cavab verib: "Biz o detalı müzakirə etmədik, müzakirə etdik ki, biz prinsiplər qoyuruq, nəticədə irəlidə olduqları yerlərdən onlar da getsin, biz də sərhəddə irəlidə olduğumuz yerləri tərk edək".
Ağarza Elçinoğlu